FİFAdan Rusiya klublarına transfer qadağası

06.12.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

FİFA Rusiyanın ÇSKA və "Ximki" klublarına transfer qadağası qoyub.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Sözügedən klublar qarşıdakı 3 transfer pəncərəsində yeni oyunçu ala və qeydiyyatdan keçirə bilməyəcəklər. Onlar yalnız 2026-cı ilin yayında yeni transfer reallaşdıra bilərlər.

FİFA-nın belə qərar verməsinin səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hazırda Rusiya Premyer Liqasında ÇSKA 28 xalla 6-cı, "Ximki" isə 16 xalla 13-cüdür. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью