FIG: “Ağahüseynova Sofiyada uğur qazana biləcək gimnastlar arasındadır”

23.05.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 18-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək bədii gimnastika üzrə gənclər arasında dünya çempionatı öncəsi Beynəlxalq Gimnastika Federasiyası (FIG) idmançıların şanslarını dəyərləndirib.

İdman.biz xəbər verir ki, FIG medallara potensial namizədlər arasında azərbaycanlı Şəms Ağahüseynovanın adını da çəkib.

Beynəlxalq Gimnastika Federasiyasının təqdim etdiyi yazıda belə deyilir: “Ağahüseynova Sofiyada uğur qazana biləcək gimnastlar arasındadır”.

Qeyd edək ki, Ağahüseynova ötən il Avropa çempionatında komanda yarışında bürünc medal qazanıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью