FIG Dmitri Kramarenkonun qızına bitərəf statusu verməyib

24.04.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lalənin bitərəf statusda çıxış etməsinə icazə verməyib.

Apasport.az xəbər verir ki, qərarın səbəbi rusiyalı gimnastın siyasi tədbirlərdə iştirakı ilə bağlıdır.

Bildirilir ki, o, Rusiya yığmasının sabiq baş məşqçisi İrina Vinerlə birgə fotoda yer alıb, həmçinin Vətənin Müdafiəsi Gününə həsr olunmuş qala-konsertə qatılıb və Xüsusi Hərbi Əməliyyatla əlaqəli rəmzləri açıq şəkildə dəstəkləyib.

FIG-in qərarı dərhal qüvvəyə minib. Lalə Kramarenkonun bu qərara etiraz edərək İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etdiyi bildirilir.

Selcan Mahsudovadan bürünc medal Gimnastımız Dünya kubokunda gümüş medal qazanıb Təmsilçimiz Dünya kubokunda final mərhələsinə yüksəlib Gimnastlarımız İtaliyada bürünc medal qazanıblar Akrobatlarımız Lüksemburqa yollanırlar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью