“Fikirləşməyə başlasam, “Neftçi” ikinci plana düşər”

17.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov yoldaşlıq görüşündə Andorraya qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, millidə sonuncu matçına çıxan kapitan qələbədən sonra bunları dedi:

– Son oyunda qol vurmaq arzunuz var idi?
– Qol vurmaq üçün çox dərinə düşməmişəm. Qollar lazım olanda gəlir.

– Bədavinin 35, Şahruddinin 32 yaşı var. Səlahiyyətiniz olsa, millinin kapitanı kimi seçərdiniz?
– İndiki məqamda Bədavidir. Çox oyun keçirib, təcrübəlidir. Möhtəşəm karyerası var, əlbəttə, onu seçərdim.

– Amma nəzərə alaq ki, yaşı 35-dir… Gələcək üçün kimi düşünürsünüz?
– Gələcək üçün baş məşqçi daha yaxşı seçər. Mahir, Toral, Elvin namizədlər arasındadır. Məncə, ən real namizəd oyun sayı çox olduğu üçün Mahirdir.

– Heyətdə qol rekordunuzu keçməyə namizəd görürsünüz?
– Mahir yaxşı görünür. Yaşı da hələ çox deyil. İnşallah, heç kim zədələnməz. Renat, Mahir, Toralın qolu çoxdur. Mən bir ildə 7 qol vurdum deyə, rekord qırdım.

– Futbolçu karyeranızı bitirəndən sonra futbolda qalmağı düşünürsünüz?
– Hələ bilmirəm. İndi fikirləşməyə başlasam, “Neftçi” ikinci plana düşər. Bütün diqqətimi komandaya verəcəm. Həm meydanda, həm meydandan kənarda məşqçiyə kömək oluram. Mövsüm bitənə kimi ən yaxşı formamda olmaq istəyirəm.

Futbolpress.az

Andorra

Medianın Andorra səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.

Futbolpress.az

Andorra

Medianın Andorra səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.

Futbolpress.az

Andorra

Medianın Andorra səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью