Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var Qurban Qurbanov | Icma.az
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. “Bu turnirin çəkisi çox ağırdır. Əsl futbol Çempionlar Liqasıdır.
Avropadan gələn komandanın problemi var deyə arxayın olmaq… Bunu qəbul etmirəm.
Klubda hansısa məşqçinin olmaması belə matçda onlara təsir etmir. Əksinə, onlara əlavə motivasiya verir”.
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bugünkü mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, rəqibin seçimləri çoxdur: “İstənilən oyunçunu ondan da yaxşı səviyyədə əvəz edəcək futbolçu var.
Bəzən belə fikirlər olur ki, biz sanki zəif komandaya qalib gələ bilmədik. Bu fikirlər futbolçulara təsir edə bilər.
Onlarla danışığımız olur ki, biz rəqibin gücünü bilməliyik, rəqibə dəyər verməliyik.
Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var. Sadəcə işin gedişatıdır. İllər boyu belə təkrarlanır.
Tam oxu
Xəbəri oxu