Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Slovakiyanın baş naziri Robert Fiko yanvarın 9-da Avropa Komissiyasının (AK) nümayəndələri ilə görüşdə Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması məsələsini müzakirə edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi Slovakiya hökumətinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, görüş Brüsseldə baş tutacaq. Bazar ertəsi Fico, Ukrayna nümayəndə heyətinin iştirak etməməsi səbəbindən yanvarın 7-də b
Yanvarın 1-də Kiyev müqaviləni yeniləməkdən imtina etdiyinə görə Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti tamamilə dayandırılıb.
Bundan əvvəl “Qazprom” bildirmişdi ki, Ukrayna tərəfinin imtinası Rusiya holdinqini bu marşrutla yanacaq tədarükü üçün texniki və hüquqi imkandan məhrum edib.
Avropa qaz nəqli operatorlarının məlumatları bu istiqamətdə Avstriya, İtaliya, Moldova, Slovakiya və Çexiyaya tədarükün tamamlandığını təsdiqləyir.
Qadir, Bizimyol.info Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.