Fiko NATO dan bunu tələb etdi

19.11.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Slovakiya Baş naziri Robert Fiko NATO-ya ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı rəsmi müraciət edib. 

Bu barədə o, Bratislavada NATO baş katibi Mark Rütte ilə görüşdən sonra bildirib. 

Görüş zamanı Fiko həmçinin Slovakiyanın yaxın illərdə müdafiə xərclərini hansı tempdə və hansı struktura uyğun artıracağını özünün müəyyən etmək istədiyini vurğulayıb. O, qeyd edib ki, bir çox NATO ölkələri hərbi xərclərini artırsa da, Slovakiya bu sahədə qərarları müstəqil şəkildə verməlidir.

Slovakiya hökumətinin görüşdən sonra yaydığı açıqlamada bildirilir ki, Fiko ölkənin hava hücumundan müdafiəsinin əlavə gücləndirilməsi üçün NATO baş katibinə müraciət edib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью