Fikrət Ələkbərov Gəncə də

11.08.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Gəncə" basketbol klubu Fikrət Ələkbərovu transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu ilə yeni mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Müdafiəçi mövqeyində çıxış edən basketbolçu son mövsümü "Neftçi"də keçirib. 184 sm boya malik Ələkbərov "sarı-göylər"in heyətində 4 nömrəli formada oynayacaq.

Basketbolçu vaxtilə U-16 və U-20 yığmalarımızın şərəfini qoruyub.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью