Fikrət Əmirov İncəsənət Məktəbinin növbəti uğuru

18.08.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin Rəssamlıq şöbəsinin şagirdləri “Aktau 2025-Türk Dünyası Mədəniyyət Paytaxtı” çərçivəsində keçirilən “Türk dünyası ənənəvi uşaq oyunları” rəsm müsabiqəsində uğurla iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, müsabiqədə məktəbin şagirdləri Fatimə Rəsulzadə I yerə, Məryəm Məmmədli III yerə layıq görülüblər (müəllim - rəssam Elmar Ağamirzə).

Müsabiqənin qalibləri TÜRKSOY-un Baş katibi Sultan Raev və Aktau şəhəri rəhbərliyi tərəfindən dəyərli hədiyyələr və diplomla mükafatlandırılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью