Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aktrisa Bennu Yıldırımlar qonaq olduğu bir proqramda 2006–2010-cu illərdə yayımlanan və türk serial tarixində iz qoyan “Yaprak Dökümü” haqqında maraqlı açıqlamalar verib.
OLAY yazır ki, “Yaprak Dökümü” serialının davamlı olaraq yenidən yayımlanmasına təəccübləndiyini bildirən Bennu Yıldırımlar serialın 174 bölümü üçün heç bir müəlliflik haqqı gəliri əldə etmədiklərini açıqlayıb.
“174 bölümü yayımlayırlar, ertəsi gün yenidən 1-ci bölümdən başlayırlar. Dünyanın heç bir yerində belə bir şey yoxdur! Üstəlik, buna görə heç bir telif haqqı da almırıq” deyə aktrisa bildirib.
Bennu sözlərinə davam edərkən, “Sabah-birigün başıma bir iş gəlsə, qorxuram ki, “Fikret öldü” deyib məni dəfn etsinlər” deyə zarafat edib.