Fikrim təsdiqləndi, Milan komanda deyil Arriqo Sakki

17.05.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Mövsümü uğursuz başa vurmaqda olan "Milan" İtaliyada sərt tənqidlərə məruz qalır.

Fanat.Az xəbər verir ki, "Milan"ın sabiq çalışdırıcısı, məşhur italiyalı çalışdırıcı Arriqo Sakki vaxtaşırı tənqid etdiyi komandanı bu dəfə "kökündən baltalayıb.

 "La Gazzetta Dello Sport" təcrübəli mütəxəssisin fikirlərini belə çatdırıb: "Milan"ı belə gördüyüm üçün çox üzülürəm, çünki hələ də ona, azarkeşlərə bağlıyam. "Bolonya" finalı layiqincə qazandı və mənim mövsümün əvvəlindən düşündüyüm fikir  təsdiqləndi: "Milan" komanda deyil".

Qeyd edək ki, 77 yaşlı mütəxəssis vaxtilə "Milan", "Atletiko" (Madrid), "Parma" klublarını, həmçinin İtaliya millisini çalışdırıb.

"Milan" İtaliya A Seriyasında sona iki tur qalmış 8-ci pillədə qərarlaşıb. "Rossonerilər" ölkə kubokunun finalında "Bolonya"ya məğlub olaraq mövsümü titulla başa vurmaq üçün son şansını da əldən verib. 

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью