“Fikrimcə, uğursuzluq yeni format yox, “Qarabağ” daxilində baş verən proseslər ilə bağlıdı…
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq. “Qarabağ” cümə axşamı daha bir acı məğlubiyyətlə üzləşdi.
Azərbaycanlı azarkeşlərin üzüntüsü sərhədsizdi. Bəs Rumıniyadan bu oyun necə göründü?
Bu ölkədə yaşayan həmkarımız Abbas Zahidi ilə əlaqə saxladıq.- Əvvəlcə oyunla bağlı fikirlərinizi bilmək istərdim.
Hansı nəticəni gözləyirdiz, nə gördüz?- FKSB-nin qalib gələcəyini gözləyirdim.
Heç-heçə olsaydı belə, “Qarabağ” üçün uğurlu nəticə saymaq olardı.
Ötən oyunları nəzərə alsaq, deyə bilərik ki, “köhlən atlar”da birmənalı şəkildə eniş var. FKSB isə əksinə, yüksəlişdədi.
Bu komandanın Avropa Liqasının seçmə mərhələsindəki oyunları ilə qrup mərhələsindəki oyunları arasında böyük fərq var.
“Qarabağ” isə eniş yaşayır, həm də qış fasiləsinin qısa olması önəmli məqamdı. Komanda hazırlığı Bakıda keçdi.
Tam oxu
Xəbəri oxu