Fil Cons: “Reşforda yazığım gəlir”

22.12.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Fil Cons komandanın hücumçusu Markus Reşfordla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, Reşforda yazığı gəldiyini bildirən Cons, onun futboldan həzz almadığını deyib:

“Markusa yazığım gəlir. Bilirəm ki, onun içində futbol oynamağı və klubu sevən o balaca uşaq yaşayır. Onun üçün çətin dövrdü və öhdəsindən gəlmək çətindir. Geriyə baxanda o düşünəcək: “Bunun öhdəsindən daha yaxşı gələ bilərdim”.Onun futboldan həzz almadığı açıq-aydın görünür. O, kənar səs-küyü söndürməli və yenidən futbol oyunundan həzz almağa başlamalıdır”.

“Qırmızı şeytanlar”ın yetirməsi olan və 2016-cı ildən əsas komandanın heyətində çıxış edən Reşford bundan öncə klubdan ayrılmaq istədiyini açıqlamışdı.

Xatırladaq ki, 27 yaşlı ingiltərəli futbolçunun Mançester təmsilçisiylə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Böyük beşlik, Əsas xəbərlər Amorim: “Reşfordun növbəti səviyyəyə çatmasına kömək etmək istəyirəm”

18 Dekabr 2024, 19:49

Böyük beşlik, Əsas xəbərlər Reşford: “Yeni səhifə açmağa hazıram”

18 Dekabr 2024, 11:00

Böyük beşlik, Əsas xəbərlər “Mançester Yunayted” onu satışa çıxardı

17 Dekabr 2024, 10:34

Böyük beşlik, Əsas xəbərlər PSJ yenidən hərəkətə keçdi

25 Noyabr 2024, 23:36

Böyük beşlik, Əsas xəbərlər “Mançester Yunayted”in sabiq futbolçusu karyerasını bitirdi

17 Avqust 2024, 17:27

Böyük beşlik, Əsas xəbərlər “Mançester Yunayted” Reşforda qiymət qoydu

4 İyul 2024, 15:13

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью