sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Kristal Pelas" "Aston Villa"nın hücumçusu Evan Gessanı heyətinə cəlb edir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
London təmsilçisi 24 yaşlı hücumçunun mövsümün sonunadək icarə əsasında keçidi ilə razılığa gəlib. Müqavilədə 28 milyon funt sterlinqlik məcburi satınalma maddəsi nəzərdə tutulub.
Qeyd edək ki, Evan Gessan bu mövsüm bütün turnirlərdə "Aston Villa"nın heyətində 22 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.