Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Taylandda milli parkın yaxınlığındakı marketə fil girib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Nakhon Ratçasima əyalətində baş verib.
"Plai Biang Lek" adlı fil yemək axtararkən Khao Yai Milli Parkı yaxınlığındakı marketə girib və bütün çərəzləri yeyib.
Qəzəblənən market sahibi fili sapanda qovub.
Təhlükəsizlik kamerası görüntülərində mağazaya güclə sığan nəhəng filin 10 dəqiqəyə yaxın rəflərdəki qəlyanaltıları yediyi görünür. Fil bir müddət qonşu evin bağçasında gəzib, sonra ərazini tərk edib.
Marketin 1000 baht (təxminən 52 manat) maddi ziyana uğradığını bildirilib.
Market sahibi filin xüsusilə düyü kraker və toyuq yumurtası yediyini deyib.
Billurə