Filarmoniya parkında meyit tapıldı

30.09.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının mərkəzindəki parkdan meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 09 radələrində İstiqlaliyyət küçəsi 10-da yerləşən Filarmoniya parkında qeydə alınıb.

Üzərində zorakılıq əlamətləri görünməyən meyit Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Nazim Xisro oğlu Quliyevə məxsus olub.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью