Filarmoniyada Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub

13.11.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, gecədə solistlər Ülviyyə Hacıbəyova, Səidə Tağızadə, İrina Mehdiyeva, Aytac Rzaquliyeva və Alim Sadıxov (qoboy) çıxış ediblər.

Proqramda J.S.Bach piano və orkestr üçün Konsert d-moll, iki piano və orkestr üçün Konsert c-moll, D. Cimarosa qoboy və orkestr üçün Konsert c-moll və W.A. Mozart iki piano və orkestr üçün Konsert Es-dur əsərləri səslənib.

Konsert barokko və klassik dövrün zəngin ənənələrini, bəstəkarların fərdi üslub xüsusiyyətlərini və kamera orkestrinin bədii ifadə imkanlarını nümayiş etdirən rəngarəng musiqi axşamı kimi yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью