Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub

15.05.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 may, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Barokko musiqi axşamı keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov musiqisevərləri konsertlə bağlı məlumatlandırıb.

Daha sonra bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Azərbaycan Dövlət Xor Kapellası, konsertmeyster Xurşid Abdullayevanın müşayiəti ilə solistlər Əməkdar artist İlham Nəzərov (kontratenor), beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalov (kontratenor) və Nuray İsmayılova (soprano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Avropa bəstəkarlarının əsərləri yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью