Filarmoniyada COP29a həsr olunmuş konsert keçirilib FOTO

18.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində COP29-a həsr olunmuş konsert keçirilib.

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - İrina Mehdiyeva (piano) və Səid Məmmədov (violin) dinləyicilər qarşısında çıxış edib.

Proqramda G.Puccini  "Xrizantema",  C.Debussy "Ay işığı",  V.Mustafazadə "Mart",  A.Vivaldi "İlin fəsilləri" silsiləsindən "Qış", A.Piazzolla "İlin fəsilləri" silsiləsindən "Yaz" və  R.Fuchs 3 saylı serenada (ор.21, Bakıda ilk ifa) səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью