Filarmoniyada kamera musiqisi axşamı

20.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycan Dövlət Simli Kvartetinin üzvləri - Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltix (violonçel) çıxış ediblər.

Konsert proqramında Feliks Mendelsonun 6 nömrəli f-moll simli kvarteti (op. 80) və Aleksandr Borodinin 1 nömrəli A-dur simli kvarteti səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью