Filarmoniyada tələbələrin violin konserti keçiriləcək

12.06.2025

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçiriləcək.

Qaynarinfo xəbər verir ki, konsert iyunun 21-i saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq.

Solistlər:

Zərrin Əliyeva

Xədicə Qasımova

Mələk Mustafazadə

Kənan Məmmədzadə 

Səbinə Həsənzadə

İfaçıları Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Bədii rəhbər və baş dirijor Fuad İbrahimovdur.

Proqram:

* A.Əliyev - Adagio

* T.A.Vitali - Çakona

* T.Bakıxanov - İmprovizasiya (Əsər Hökümə Əliyevaya həsr olunub) 

* E.Chausson - Poema

* H.Wieniawski - Violin və orkestr üçün konsert N°1 fis-moll, op.14 ( l hissə) 

* P.Sarasate - Ch.Gounod`un "Faust" operasının fraqmentləri əsasında Fantaziya 

* N.Paganini - Violin və orkestr üçün konsert N°1 D-dur, Op.6 (ll və lll hissələr)

* P.Sarasate - İspan rəqsi "Navarra"

Biletləri şəhərimizin kassalarından və ya iTicket.az saytından əldə edə bilərsiz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью