525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar artist Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
525.az-a Filarmoniyadan bildirilib ki, konsertdə Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Samir Cəfərov və Mənsum İbrahimov, Əməkdar artistlər Arzu Əliyeva, İlkin Əhmədov, Ramil Qasımov və Elnur Zeynalov, həmçinin tarzən Əliağa Sədiyev və kamança ifaçısı Xəyyam Məmmədov çıxış ediblər.
Yubiley konsertində, eyni zamanda, Aytən Məhərrəmova, Məhəbbət Səfərov, Fuad Əzizzadə, Mirəli Sarızadə, Gülzar Fərəcova, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov və Habil İsmayılov iştirak ediblər.