Filarmoniyada Zəfər Gününə həsr olunan konsert

09.11.2024

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində də bayram konserti təşkil olunub.
Konserti izləyən arasında mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, rəsmilər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Konsertdən öncə akademik Rafael Hüseynov çıxış edərək tariximizin parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimizin əhəmiyyətindən danışıb.
Sonra söz musiqiyə verilib. Bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun idarəçiliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və solist Əməkdar artist Ramil Qasımov çıxış edib.
Proqramda F.Əmirovun “Azərbaycan kapriççiosu”, F.Sücəddinovun “Qarabağnamə” simfonik balladası (librettosu akademik Rafael Hüseynova məxsusdur), O.Zülfüqarovun “Şənlən, mənim xalqım!”, Y.N.Şəfəqin “Zəfər valsı”, S.Rəhimovanın “Zəfər nidası” simfonik poeması, Niyazinin “Türk marşı” və C.Quliyevin “Əsgər marşı” əsərləri səsləndirilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью