Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Fərqli bir axşam” konsertlər silsiləsi davam edir

02.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Fərqli bir axşam” konsertlər silsiləsi çərçivəsində kamera musiqisi axşamı təşkil edilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifaçılarından ibarət müxtəlif ansambllar geniş repertuar təqdim etdilər.

Proqram J.Brahmsın Piano kvarteti, op.25, IV hissə – “Rondo alla Zingarese” əsəri ilə açılıb. Ardınca H.Beeftinkin “Fireflies” pyesi, J.Halvorsenin (G.Handel mövzusu əsasında) “Passakaliya”sı, W.A.Mozartın b-moll, K.292 Sonatası və M.Moşkovskinin Süitası səsləndirilib.

Axşamın lirik məqamlarından biri F.Schubertin “Arpeggione” Sonatasının I hissəsi olub. Proqramda kino musiqisinə də yer verilərək E.Morriconenin “La Califfa” filmindən fraqment təqdim edilib. Konsert K.Jenkinsin enerjili “Palladio” əsəri ilə yekunlaşıb.

“Fərqli bir axşam” silsiləsinin bu buraxılışı müxtəlif ansambl tərkibləri, janr zənginliyi və yüksək peşəkarlıq səviyyəsi ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью