Filarmoniyanın noyabr ayında keçirilmiş abonement konsertləri FOTO | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2022-ci ildən etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər davam etdirilir.
Abonement konsertlər 2023-cü ilin noyabr ayından hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilib.
1 noyabr tarixində bədii rəhbər və baş dirijor Fuad İbrahimovun rəhbərliyi, Bakı Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Gülnaz İsmayılova, Qəmər Kərimli (violin), Kənan Məmmədzadə (violin), Mahir Tağızadə (bariton) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Noyabrın 15-i Azərbaycan və Avropa bəstəkarlarının zəngin və rəngarəng musiqi nümunələrindən ibarət "Gənc istedadların konserti" baş tutub.
22 noyabr tarixində abonement konsertlər çərçivəsində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş Əməkdar müəllim Kəmalə Mirbabayeva və tələbələrinin "Könül ahəngi" adlı konsert keçirilib.
Konsertdə iştirak edən ifaçılar - Nərgiz Vəlizadə, Leyla Hüseynzadə, Hüseynağa Aslanov (qiraət), Rəna Babayeva, Fidan Məlikzadə və Əməkdar müəllim Kəmalə Mirbabayeva - səhnədə Azərbaycan və dünya musiqi irsini əhatə edən geniş repertuar təqdim ediblər.
Tam oxu
Xəbəri oxu