Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert izləməyə gələn tamaşaçı zalda oturacaqların yerləşməsindən şikayətlənib.
Axşam.az xəbər verir ki, o, amfiteatr hissəsinə bilet alsa da, səhnəni görə bilmədiyini bildirib. Tamaşaçı qeyd edib ki, stollar elə formada düzülüb ki, ancaq divarı görmək mümkündür:
“Filarmoniyada konsertə baxmağa gəlmişik. Evdə yutubdan baxmaq daha yaxşıdır. Burada oturub ancaq tavana baxırsan. Amfiteatrda səhnə görünmür”.
Məsələ ilə bağlı video sosial şəbəkədə müzakirələrə səbəb olub.