Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə qadın voleybolçulardan ibarət millisi Millətlər Liqasının 2026-cı il mövsümündə yarımfinala yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, “Filenin sultanları” 1/4 finalda Kanada ilə qarşılaşmada 3:1 (22:25, 25:21, 25:21, 25:17) hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Türkiyə millisi yarımfinalda ABŞ – Çin cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, qadın voleybolçular arasında Millətlər Liqasının “final səkkizliyi”ndə ABŞ, Çin, Türkiyə, Kanada, İtaliya, Niderland, Braziliya və Yaponiya yığmaları mübarizə aparır.