“Filenin Sultanları”dan 4 də 4 Çin də məğlub edildi

21.06.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Türkiyə qadın voleybol millisi Millətlər Liqasının ikinci mərhələsini məğlubiyyətsiz başa vurub.

Apasport.az xəbər verir ki, "Filenin Sultanları" mərhələnin son oyununda Çin yığması ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Türkiyə rəqibini 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, Türkiyə millisi Millətlər Liqasının ikinci mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gəlib. Komanda Almaniya, Kanada, Cənubi Koreya və Çin üzərində qələbə qazanaraq mərhələni maksimum nəticə ilə başa vurub.

Qeyd edək ki, Türkiyə millisi Millətlər Liqasında keçirdiyi 8 oyundan 8-də qalib gəlib və turnirdə məğlubiyyətsiz irəliləyir.

Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq Gəncə klubunda üç ayrılıq Millimiz məğlub olub Millimiz məğlub oldu - YENİLƏNİB "Gəncə"dən yeni transfer
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью