Filip Ozobiç: “Azarkeşlərimizin dəstəyi ilə “Qarabağ”ı məğlub etmək istəyirik” MÜSAHİBƏ | …
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiçin Futbolxeber.az saytına müsahibəsi - Azərbaycan Premyer Liqasının son turunda “Zirə” üzərində 2:1 hesablı qələbə qazandınız.
Matçı necə şərh edərdiniz? - Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Belə də oldu. 90 dəqiqə mübarizə apardıq.
Yekunda da qələbə qazandıq və buna görə çox sevinirik. - Dramatik sonluq barədə nə deyə bilərsiniz? - Sona yaxın hesabı açdıq.
Açığı, rəqibin cavab qolunu gözləmirdik. Lakin ruhdan düşmədik. İkinci qolu da vurmağa müvəffəq olduq.
- Rəqib hesabı bərabərləşdirəndən sonra 3 xalın əldən getdiyiniz düşündünüz? Qələbəyə inam qalmışdı? - Bilirdik ki, vaxt azdır.
Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Şükür Allaha ki, istəyimizə çatdıq. - Ardıcıl 3 qələbədən sonra “Neftçi” qayıdır deyə bilərik?
- Düzdür, son 3 oyunda qalib gəlmişik. Lakin bununla kifayətlənmək, razılaşmaq olmaz. Çatışmayan cəhətlərimiz var.
Tam oxu
Xəbəri oxu