Filipe Kandido: Bu gün yaxşı oynamadıq

02.11.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Sumqayıt" Misli Premyer Liqasının X turunun son matçında "SOCAR Polymer Arena"da "Şəfa" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Nəticə ilə barışmalıyıq. Bilirdik ki, çətin oyun olacaq. Bu gün yaxşı oynamadıq. İlk 10-15 dəqiqədə yaxşı idik. Lakin bundan sonra çoxlu top itkilərinə yol verdik. Bu isə rəqib üçün üstünlük oldu. Onlar ilk yarını öndə bitirməyə layiq idilər. İkinci hissədə bəzi şeyləri dəyişməyə çalışdıq. Düşünürəm ki, bunu bacardıq. Bərabərlik qolunu da vurduq. Bir neçə qol epizodumuz var idi. Bəzi məqamlarda bəxt yanımızda olmadı. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi. Amma bununla barışmalıyıq".

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью