Icma.az, Lent az portalına istinadən məlumat verir.
Rusiyanın məşhur müğənnisi Filipp Kirkorov “Звезды” yumoristik şousunun yeni mövsümündə qeyri-adi zarafatın qəhrəmanına çevriləcək.
Lent.az xəbər verir ki, bu barədə “Газета.Ru” məlumat yayıb.
Şounun üçüncü mövsümünün ilk buraxılışı sentyabrın 5-də təqdim olunur. Layihəyə Timati, Mitya Fomin, İosif Priqojin, Natalya Korolyova, Tarzan və digər tanınmış simalar qoşulublar.
Yeni mövsümün epizodlarından birində Kirkorovu “qırxmağa” cəhd ediləcəyi, Yuri Stoyanovun isə rəqs edəcəyi bildirilir.