Filippin parlamenti prezidentin impiçmenti ilə bağlı müraciətləri rədd etdi

04.02.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Filippin parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasının Ədliyyə Komitəsi prezident Ferdinand Markosun (kiçik) impiçmenti ilə bağlı təqdim olunmuş iki müraciəti rədd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb.

"Qərar səs çoxluğu ilə qəbul edilib. Müraciətlərdə Markos-kiciyə qarşı korrupsiya, konstitusiyanın pozulması və ictimai etimada xəyanət edilməsi ittihamları irəli sürülmüşdü. Belə ki, filippinli vəkil Andre de Xesus Markos-kicini sabiq prezident Rodriqo Dutertenin “oğurlanmasına yardım etməkdə” və onun Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təhvil verilməsində günahlandırıb. Vəkilin sözlərinə görə, bu proses Filippin hüquq sistemindən yan keçməklə həyata keçirilib. Komitə isə prezidentə qarşı irəli sürülən ittihamları əsassız hesab edib", - deyə bildirilir.

Qeyd edək ki, Filippin polisi ötən ilin mart ayında Rodriqo Duterteni insanlığa qarşı cinayətlər ittihamı ilə BCM-nin orderi əsasında Honkonqdan Manilaya uçuşla ölkəyə qayıdarkən saxlayıb. Bundan dərhal sonra o, Haaqaya göndərilib. Respublikanın vitse-prezidenti, Dutertenin qızı Sara Duterte-Karpio açıqlamasında atasının həbsini tənqid edərək bunu “ölkənin suverenliyinə və müstəqilliyə inanan hər bir filippinliyə qarşı açıq-aşkar təhqir” adlandırıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью