Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri General-Santos şəhərindən 48 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.
Zəlzələ ilə əlaqədar sunami təhlükəsi elan edilməyib.
Hadisə nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.
NURİYYƏ