Filippin sahillərində 6 bal gücündə zəlzələ

14.07.2026

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Filippinin cənubundakı Mindanao adası sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri General Santos şəhərindən 85 km cənub-şərqdə, əhalisi təxminən 679.000 nəfər olan ərazidə yerləşir. Zəlzələnin episentri 57 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Sunami təhlükəsi yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью