Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Filippin sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, episentr Saranqani əyalətindən 24 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.