Filippin yaxınlığında güclü zəlzələ baş verib

08.06.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 iyun, AZƏRTAC

Filippin yaxınlığında, Çelebes dənizində güclü zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 03:38-də baş verən zəlzələnin episentri Mindanao adasındakı General Santos şəhərindən 44 kilometr cənub-qərbdə yerləşib. Episentrdəki təkanın intensivliyinə görə seysmik hadisə "fəlakət" səviyyəsində qiymətləndirilib.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 7,8 bal, ocağının dərinliyini isə 35 kilometr olaraq müəyyən edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью