Filippində 1000ə yaxın ev yandı

24.11.2024

Icma.az, Bakupost saytına istinadən bildirir.

Bu gün Filippinin paytaxtı Manilada 1000-ə yaxın ev yanıb.

Bakupost.az -ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, güclü yanğın gecəqonduların olduğu yaşayış massivini əhatə edib.

Yanğın evlərdən birinin ikinci mərtəbəsində başlayıb və 1000-ə yaxın evi əhatə edib. Bu evlərdə 2000-ə yaxın ailə yaşayıb.

Yanğının söndürülməsinə 36 yanğınsöndürmə maşını, 2 helikopter cəlb olunub.

Ölən və yaralananlar barədə hələ məlumat verilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью