Filippində avtobus kanala düşüb, ölənlər və xeyli sayda yaralı var

20.04.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Filippinin Marinduk əyalətində ictimai nəqliyyat növü olan “cipni”nin yol kənarındakı kanala düşməsi nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Gununsesi.info “Xinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilir ki, içərisində 26 nəfərin olduğu “cipni” çay kənarındakı ailəvi istirahət məkanına gedirmiş. İlkin məlumata görə, avtomobilin əyləcləri sıradan çıxıb və o, kanala düşməzdən əvvəl yüksək sürətlə beton maneəyə çırpılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью