Filippində avtomobil aeroportun girişinə çırpılıb, ölənlər var

04.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 may, AZƏRTAC

Filippinin paytaxtı Manila şəhərində naməlum avtomobil səhər saatlarında aeroportun girişinə çırpılıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, çoxlu sayda şəxs xəsarət alıb.

Aeroportun mətbuat xidməti hadisə ilə bağlı şayiələrə inanmamağa çağırıb. Bildirilib ki, avtomobilin sürücüsü həbs olunub, yaralılara tibbi yardım göstərilib. Hadisə hava limanının işinə ciddi təsir göstərməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью