Filippində bərə faciəsi: Ölənlərin sayı 76 ya çatdı

12.09.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Filippinin Palavan əyaləti sahillərində "MV June Aster" sərnişin bərəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 35-dən 76-ya yüksəlib".

Moderator.az xəbər verir ki, bunu brifinq zamanı Filippin Sahil Mühafizəsinin rəsmi nümayəndəsi Noemi Kayabyab bildirib.

Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı zamanı gəmidə insidentin 41 qurbanının qalıqları aşkarlanıb.

"Bu məlumatlar nəzərə alınmaqla, ölənlərin sayı 35-dən 76-ya yüksəlib", - deyə o bildirib.

Gəmidə yanğın sentyabrın 9-da baş verib. Gəmi sənədlərinə əsasən, bərənin göyərtəsində 117 sərnişin və 17 ekipaj üzvü olmaqla, ümumilikdə 134 nəfər olub. Xilas edilənlərin sayı 43 nəfərdir. Daha 13 nəfərin taleyi məlum deyil. Bununla yanaşı, bileti olan iki sərnişin sonda gəmiyə minmədiklərini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью