Filippində güclü zəlzələdə azı 12 nəfər ölüb, 200 dən çox yaralı var

08.06.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bu gün səhər saatlarında Filippində Mindanao adasının sahillərində güclü yeraltı təkanlar qeydə alınıb.

“Associated Press” Filippin rəsmilərə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində ən azı 12 nəfər ölüb, 200–dən çox insan yaralanıb.

Avropa seysmoloqlarının məlumatına görə, maqnitudanın gücü 8,1 olub, daha sonra mütəxəssislər onun 7,8 olduğunu dəqiqləşdiriblər.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью