Filippində kəskin hava şəraitində azı 19 nəfər ölüb, yaralılar var

11.08.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 avqust, AZƏRTAC

Filippində Luis və Maimai tropik siklonlarının yaratdığı güclü yağışlar və cənub-qərb mussonunun güclənməsi nəticəsində azı 19 nəfər ölüb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Filippin Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 4 nəfərin taleyi də məlum deyil, 15 sakin isə xəsarət alıb.

Kəskin hava şəraiti ölkənin 10 bölgəsində 2,27 milyondan çox insana təsir göstərib. Təxminən 95 min nəfər təxliyə mərkəzlərinə yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью