Filippində məktəbdə atışma baş verib, 3 şagird ölüb

22.06.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Filippində məktəbdə silahlı insident nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

"GMA News" xəbər verir ki, bu barədə Filippin polisi məlumat yayıb.

Hadisə Leyte əyalətinin Takloban şəhərindəki liseydə baş verib.

Polisin məlumatına görə, atışmada iştirak etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Onlardan birinin 14 yaşlı yeniyetmə olduğu bildirilir.

Polis qeyd edib ki, atışma nəticəsində üç şagird həyatını itirib, daha beş nəfər yaralanıb.

Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью