Filippində məktəbdə dəhşət: 2 nəfər öldürüldü

18.08.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Filippinin cənubundakı Zamboanqa şəhərində universitetə bağlı məktəbdə silahlı hücum baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ateneo de Zamboanga Universitetinin ərazisində qeydə alınıb.

Polis və şəhər administrasiyasının rəsmi məlumatına görə, silahlı hücum nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri yuxarı sinif şagirdi, digəri isə hücumu həyata keçirən şəxs olub. Hücum edən daha sonra intihar edib.

Hadisə zamanı daha 2 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, hücum edən şəxs odlu silahı təhsil müəssisəsinin ərazisinə keçirə bilib. Daha sonra binanın yuxarı mərtəbələrində atəş açmağa başlayıb.

Hücum edən şəxsin baş verənləri qismən sosial şəbəkələrdə yayımladığı da bildirilib.

Atışmadan sonra silahlı şəxs özünü öldürüb.

Polis və yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır. Hücumun motivləri və silahlı şəxsin məktəbə necə daxil olduğu dəqiqləşdirilir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью