Filippində sel sularında görünən piton ilanı təşviş yaratdı VİDEO

03.09.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Filippinin Olonqapo şəhərində sel sularında üzən iri piton sakinlər arasında təşvişə səbəb olub.

"Bakupost" "GMA News"un məlumatına istinadla xəbər verir ki, evlərin ətrafını basan dərin sel sularında hərəkət edən pitonu görən şəhər sakin Con Marlon hadisəni lentə alıb.

Kadrlarda böyük ilanın suyun içində üzərək irəlilədiyi görünür. Pitonu görən bəzi sakinlərin isə qorxu içində qışqırdığı eşidilir Videoda ilanın sel sularından xilas olmaq və sığınacaq tapmaq üçün evlərə girməyə cəhd etdiyi görünür.

Olonqapoda bu günlərdə Cənub-Qərb mussonunun gətirdiyi fasiləsiz yağışlar və yüksək qabarma səbəbindən suyun səviyyəsi bəzi ərazilərdə normadan xeyli yüksəlib. Şəhərdə çayların səviyyəsinin kritik həddə çatdığı barədə də xəbərdarlıqlar verilib.

Yasəmən, BakuPost



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью