Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Filippində sərnişin bərəsinin anbarında partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, partlayışın ardınca gəmidə güclü yanğın başlayıb və bərə qısa müddətdə tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə nəticəsində 76 nəfər ölüb, 13 nəfər, o cümlədən gəminin kapitanı itkin düşüb.