Filippində torpaq sürüşmələri azı 7 nəfərin ölümünə səbəb olub

20.02.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pekin, 20 fevral, AZƏRTAC

Filippinin cənubundakı Davao-de-Oro və Şərqi Davao əyalətlərində yağışın yaratdığı sürüşmələr nəticəsində azı 7 nəfər ölüb.

AZƏRTAC Filippin mediasına istinadla xəbər verir ki, yerli Qırmızı Xaç Cəmiyyəti Davao-de-Oro əyalətinin Monkayo şəhərinin bir kəndində baş verən sürüşmə nəticəsində 3 nəfərin meyitinin tapıldığını açıqlayıb. Səlahiyyətli qurumlar sakinlərin təhlükəsizliyini təmin etmək üçün ərazini qiymətləndirməyə davam edirlər.

Şərqi Davao əyalətinin Mati şəhər yanğınsöndürmə stansiyası 4 nəfərlik ailənin torpaq sürüşməsi nəticəsində axın altında qaldığını açıqlayıb.

Qeyd edək ki, Filippinin Mindanao adasında yağan güclü yağışlar Surigao-del-Sur, Davao-de-Oro və Şərqi Davao əyalətlərindəki daşqınlara və sürüşmələrə səbəb olub. Bəzi yaşayış məntəqələrinin sakinləri təxliyə ediliblər. Təbii fəlakət bölgələrində Filippinin Qırmızı Xaç bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib, davamlı monitorinq və sürətli cavab əməliyyatları aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью