Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Filippinin paytaxtı Maniladan 330 kilometr cənub-şərqdə yerləşən Mayon vulkanında son 24 saat ərzində on üç vulkan zəlzələsinin baş verdiyi bildirilib. Manilada yerləşən Inquirer qəzetinin Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun açıqlamasına görə, Mayon vulkanında aktivlik davam edir. Müvafiq olaraq, son 24 saat ərzində vulkanda 13 vulkan zəlzələsi baş verib və bir qaya uçub.Vulkanın ətrafında kükürd dioksid emissiyası gündə 1751 tona çatıb.
Bölgədə "təhlükəli vulkan püskürməsinə meyl artdığını" göstərən 3-cü səviyyəli xəbərdarlıq elan edilib.Vulkanın ətrafındakı 6 kvadrat kilometrlik ərazinin boşaldılması tövsiyə edilib və sakinlərə kül yağışları, lava axınları və qaya çöküntüləri ilə bağlı ehtiyatlı olmaq barədə xəbərdarlıq olunub.
Qeyd edək ki, Mayon dağı paytaxt Maniladan 330 kilometr cənub-şərqdə, tez-tez baş verən zəlzələlərə və vulkan püskürmələrinə meylli olan Sakit Okean Alov Halqasında yerləşir.
M.MİRZƏ
XQ