Filippindəki zəlzələdə 7 nəfər ölüb

11.10.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Filippində dünən baş verən güclü zəlzələ nəticəsində 7 nəfər həlak olub, daha 11 nəfər isə yaralanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli Şurası yayıb. 

Ümumilikdə təbii fəlakətin nəticələrindən 8,4 min insanın zərər çəkdiyi bildirilib.  Həmin şəxslərdən 8 mini təxliyə mərkəzlərinə yerləşdirilib.

Xatırladaq ki, oktyabrın 10-u səhər saatlarında Filippində 7,4 maqnitudalı zəlzələ baş verib. Həmin günün axşamı isə 6,8 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью