Filippinin aviaşirkəti qasırğaya görə 30 dan çox reysi ləğv edib

04.11.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Filippinin milli aviadaşıyıcısı “Philippines Airlines” Kalmaegi qasırğası səbəbindən 6 noyabr tarixinə planlaşdırılan 31 reysi ləğv edib.

AZƏRTAC “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin saytında deyilir.

““Philippines Airlines” Visayas və Mindanao adalarının bəzi hissələrinə təsir göstərə biləcək “Tino” qasırğası (beynəlxalq adı “Kalmaegi” – red.) səbəbilə 4 noyabrda uçuşları ləğv edib”, - deyə aviaşirkət bildirib.

Ləğv edilmiş uçuşların sərnişinlərinə hava limanına getmək tövsiyə olunmur. Onlara bronlamanı təxirə salmaq, ödənilmiş pulları digər biletlər almaq üçün istifadə etmək və ya vəsaitlərini tam geri qaytarmaq imkanından istifadə təklif olunur.

Bu gün Filippin hakimiyyətinin şiddətli “Kalmaegi” qasırğası səbəbindən 387 min insanı təxliyə etdiyi məlum olub. Fəlakət nəticəsində bir çox şəhər və kənd zərər çəkib, xüsusilə Mərkəzi Visayas bölgəsində 22 nəfərin xilas edilə bilmədiyi açıqlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью